"Telegram" Avropa Komissiyasının (AK) birbaşa nəzarəti altında deyil, çünki bu platforma Avropa İttifaqında böyük sosial şəbəkə hesab edilmir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AK nümayəndəsi Tomas Renier Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Telegram" daha əvvəl Avropa İttifaqında 41 milyon istifadəçi haqqında məlumat dərc edib ki, bu o deməkdir ki, o, bölgədə çox böyük platforma deyil və Avropa Komissiyasının birbaşa nəzarəti altında deyil. Hazırda Komissiya "Telegram"ın cəmi 41 milyon avropalı istifadəçisinin olub-olmadığını yoxlayır. Buna görə də AK messencerin nümayəndələri ilə əlaqə saxlayır", - deyə o qeyd edib.

 

Gözəl Həşimova