Fransa hakimiyyəti “Telegram”ın qurucusu Pavel Durovun böyük qardaşı Nikolayı axtarışa verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, Pavel və Nikolay Durovların həbsinə orderlər 2024-cü ilin martında verilib. Onlar yetkinlik yaşına çatmayan uşaqların pornoqrafik şəkil və videolarının saxlanması, yayılması və ya onlara girişin təmin edilməsində iştirakda ittiham olunurlar.
Nikolay Durov “Telegram” üçün xüsusi məlumat şifrələmə sistemi yaradan proqramçı və riyaziyyatçıdır.
Sadiq Cavadov