Alman avtomobil istehsalçısı BMW şirkəti yanğın təhlükəsi səbəbindən dünya üzrə bütün elektriklə işləyən "Mini Cooper SE" kiçik avtomobillərini geri çağırmaq məcburiyyətində qalıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bild" qəzeti şirkət nümayəndəsinə istinadən yazır.

Nəşrin məlumatına görə, geri çağrılma birinci nəslin bütün istehsal dövrü - 2018-ci ilin noyabrından 2024-cü ilin yanvarına qədərki avtomobillərə aid olacaq. Mütəxəssislərin fikrincə, bu, dünya üzrə təxminən 150 min ədəd edir, onlardan 39 mini Almaniyadadır. Əgər nasazlıq aşkar edilərsə, bu barədə müştərilərə məlumat veriləcək. Qəzet qeyd edir ki, biri ABŞ-də, biri Almaniyada olmaqla artıq iki avtomobil yanıb. Hadisələr 2023-cü ilin oktyabrında və 2024-cü ilin yanvarında baş verib, heç bir məlum qəza və ya xəsarət yoxdur.

Şirkət xəbərdarlıq edir ki, potensial zədələnmiş avtomobillərdə yüksək gərginlikli akkumulyator korpusunda sızma ola bilər. Bu, mümkün nəmin akkumulyatora daxil olmasına və izolyasiya qüsuruna səbəb ola bilər. Bu baş verərsə, sürücüyə xəbərdarlıq ediləcək.