Çinin telekommunikasiya avadanlığı istehsalçısı "Huawei" bu ilin birinci yarısında gəlirini 34% artıraraq 417,5 milyard yuana (58,86 milyard dollar) çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Hesabat dövründə şirkətin xalis mənfəəti 18% artaraq 54,9 milyard yuana çatıb.

Şirkət ayrı-ayrı seqmentlərin göstəricilərini açıqlamayıb, lakin hesabatda smartfon və noutbukların daxil olduğu istehlak seqmentində gəlir artımı qeyd edilib.

 

Gözəl Həşimova