Böyük mərkəzi banklar arasında faiz artımı prosesinə başlayan ilk bank - Norveç Bankı (Norges Bankı) faiz dərəcəsini 25 bənd artıraraq 2,25%-dən 2,50%-ə yüksəldib. 
Daha əvvəl 3 dəfə dalbadal 50 baza bəndi yüksələn Norveç Bankı , 2021-ci ilin Sentyabr ayından bu yana 225 baza bəndi yüksələrək bugünkü 25 baza bəndi ilə 2009-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Bildirək ki, enerji nəhəngi Norveçdə illik istehlak inflyasiyası 6,9 faiz, baza inflyasiyası isə 5,3 faiz təşkil edir.
Artan inflyasiya ilə mübarizə aparan qlobal iqtisadi siyasətçilər daha bir gərgin həftəni yaşayırlar. FED dünən dördüncü dəfə uçot dərəcəsini 75 baza bənd artıracağını açıqlayıb. Bu gün Norveçdən sonra İngiltərə Bankı (BoE) siyasət faizini 75 baza bəndi artıraraq 3 faizə çatdırıb.