Mərkəzi Bank nağdsız maliyyə savadlılığını artırmaq məqsədilə orta məktəb şagirdləri arasında layihə həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, müxtəlif bölgələrdən olan məktəblilərin qatıldığı layihədə bank kartlarından, ödəniş terminallarından, bank xidmətlərindən yararlanmaq qaydaları öyrədilib. Məqsəd şagirdlərə daha tez maliyyə savadlılığını aşılamaqdır.

Layihədə fərqlənən şagirdlərə hədiyyələr verilib.