IT xidmətləri bazarında  çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.

Bu gün “ENGINET” şirkəti IT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən mütərəqqi telekommunikasiya xidmətləri təchizatçısıdır.

“ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

  • Ünvan

    Mirzə İbrahimov küçəsi 53, 2-ci mərtəbə, Bakı, Azərbaycan.

  • Əlaqə nömrəsi*1199 , (+994 12) 5991199
  • Vebsay tenginet.az
  • Vəzifə öhdəlikləri:

  • İllik marketinq və PR planının hazırlanmasında iştirak etmək; 
  • Müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması; 
  • Marketinq araşdırmalarının aparılması (bazar/rəqib/potensil müştəri və ərazi);
  • Məqsədli auditoriyanın xüsusiyyətlərinin araşdırılması, onların satınalma davranışlarının izlənməsi, yeni istehlakçı sinifin yaradılması istiqamətində təkliflərin hazırlanması;
  • Satışa dəstək olabiləcək marketinq məlumatlarının hazırlanması;
  • Təqdimatların təşkil edilməsi və aparılmasını təmin etmək;
  • Marketinqə aid digər şirkətlərlə əlaqələrin yaradılması;
  • Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının və tədbirlərinin koordinasiyası və həyata keçirilməsində iştirak, müvafiq şöbə ilə işin aparılması;
  • Daxili və xarici PR aktivliklərin keçirilməsi və reklam fəaliyyətinin təşkili;
  • Namizədə verilən tələblər:

  • Ali təhsil (Müvafiq sahədə olması üstünlükdür)
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi
  • Azərbaycan dili mükəmməl,  rus dili yaxşı, ingilis dilli orta
  • Təqdimetmə bacarığı, komandada işləmək bacarığı, yaradıcılıq, yeniliklərə açıq olma, təşəbbüskarlıq, müştəriyönümlülük;
  • MS Office ( Word, excel, powerpoint) proqramlarını yüksək səviyyədə bilməli;
  • Əmək haqqı: Namizədin təcrübəsi və bilik-bacarığına müvafiq təyin ediləcək

    İş qrafiki: 5 günlük iş qrafiki

    Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Marketinq üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.