İran özünün mərkəzi əyalətində12 nəfəri saxlayıb.

İqtisadiyyat.az İranın İnqilab Keşikçiləri Ordusunun bəyanatına istinadən xəbər verir ki, qrup üzvləri Tehranın cənub-qərbində yerləşən Mərkəzi əyalətdə Almaniya və Hollandiyada rejim əleyhinə ünsürlərlə bağlı təxribat aksiyaları planlaşdırmaqda ittiham olunur.

Bəyanatda şəbəkənin üzvləri Almaniya və Hollandiyada yaşayan antiinqilabçı ünsürlərin rəhbərliyi ilə milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək üçün odlu silahlar tədarük etməklə ölkədə təxribat fəaliyyəti həyata keçirməyi hədəflədiyi bildirilib.

Məhəbbət Məmmədov