BoE tərəfindən edilən açıqlamada bankın pul siyasəti ilə bağlı qərarları açıqlanıb. Belə ki, açıqlamada bankın siyasət faizini 50 baza bəndi artaraq 3,50 faizə yüksəltdiyi bildirilib və qərar 3 əleyhinə 6 səslə qəbul edilib.

Açıqlamada üzvlərdən 2-nin siyasət dərəcəsinin sabit saxlanılmasına, 1 üzvünün isə 75 baz bəndlik faiz artımına səs verilib.

Açıqlamada ölkənin tənəzzüldə gözlənildiyindən daha uzun müddət qala biləcəyi, inflyasiya təzyiqinin qısa müddətdə kifayət qədər yüksək səviyyədə qalacağı qeyd edilib.

Açıqlamada inflyasiyanın 2023-cü ilin ortalarında kəskin şəkildə geri çəkiləcəyi proqnozlaşdırılıb və artan işsizlik və enerji qiymətlərində gözlənilən enişin bu geri çəkilməyə səbəb ola biləcəyi ifadə edilib.

Açıqlamada qlobal təchizat zənciri ilə bağlı problemlərin azaldığı, lakin inflyasiya təzyiqinin yüksəlişdə qaldığı bildirilib.

*** 16:54

İngiltərə Bankı uçot dərəcəsini 50 baza bəndi artıraraq 3,50%-ə çatdırıb ki, bu da 2008-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.