İyulun sonu - avqustun əvvəlində Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı asayişin mühafizəsini gücləndirmək üçün Fransaya dünyanın müxtəlif ölkələrindən 2 mindən çox polis və jandarmanın gələcəyi gözlənilir.

Bu barədə İqtisadiyyat.az "BFMTV"ə istinadən xəbər verir.

Məlumata görə, ölkənin polis qüvvələrinin 46 ölkədən 2185 polis və jandarma tərəfindən gücləndiriləcəyi gözlənilir.

Bildirilib ki, Fransa hakimiyyəti bu müddət ərzində asayişi qorumaq üçün bu sayda polis əməkdaşı tələb edib.

 

Gözəl Həşimova