Dünyada şərabların böyük hissəsi Aralıq dənizi regionunda və ya Aralıq dənizi iqlimi olan ərazilərdə yetişdirilir. 2022-ci ildə üzüm bağları dünya üzrə təxminən 7,3 milyon hektar ərazini tutub . Bu rəqəm son on ildə bir qədər sabit qalıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə 2023-cü ilə qədər dünyada ən çox şərab istehsal edən ölkələr İtaliya, Fransa və İspaniya olub.

İtaliya 2022-ci ildə aparıcı şərab istehsalçısı olub və həmin il 21,9 milyon hektolitrlə ən yüksək şərab ixracatına sahib ölkə olub. İtaliya 2023-cü ildə də dünyanın ən böyük şərab ixracatçısı olub. Bu dövrdə ölkə 20,8 milyon hektolitr içki ixrac edib.

Ümumilikdə, 2023-cü ildə dünyada 237,3 milyon hektolitr şərab istehsal edilib.

2022-ci ilin araşdırmasına görə, portuqaliyalılar dünyada ən çox şərab istehlak edən millətdir. Həmin il Avropa ölkəsində adambaşına illik istehlak təxminən 52 litrə çatıb. Siyahıda ikinci yerdə Fransa qərarlaşıb və bu ölkədə adambaşına illik istehlak orta hesabla 47 litr təşkil edib.

Bəs dünyada 2023-cü ilə qədər ən çox şərab istehsal edən ölkələr hansılardır?

Ölkə

İstehsal həcmi

Fransa

48 milyon hektolitr

İtaliya

38,3 milyon hektolitr

İspaniya

28,3 milyon hektolitr

ABŞ

24,3 milyon hektolitr

Çili

11 milyon hektolitr

Avstraliya

9,6 milyon hektolitr

Cənubi Afrika

9,3 milyon hektolitr

Almaniya

8,9 milyon hektolitr

Argentina

8,8 milyon hektolitr

Portuqaliya

7,5 milyon hektolitr

 

Qeyd edək ki, 2022-ci ildə dünya üzrə şərab istehlakı 2017-ci ildəki 247 milyon hektolitrdən 221 milyon hektolitrə enib.

 

Gözəl Həşimova