ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə EIA-nın aylıq hesabatında deyilir.

Məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 610 min barel olacağı proqnozlaşdırılır. Bu da əvvəlki proqnozla eynidir.

Qurum, gələn il ölkədə ortalama gündəlik neft hasilatının 650 min barel olacağını gözləyir ki, bu da əvvəlki proqnozla müqayisədə 10 min barel azdır.

Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

 

Gözəl Həşimova