Polşa 2004-cü il mayın 1-də - Avropa İttifaqına (Aİ) qoşulduğu andan 2023-cü ilin sonuna qədər assosiasiya büdcəsindən 245,5 milyard avro məbləğində vəsait əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Maliyyə Nazirliyinin məlumatında deyilir.

Nəticədə, ölkənin büdcəsində müsbət saldo 161,8 milyard avro təşkil edir.

Hesabatda göstərildiyi kimi, Polşa Aİ büdcəsindən transfertlərdən ən çox faydalanan ölkə olub (13,3%).

Məlumata görə, Aİ-nin vəsaitlərinin 65%-i Birlik Siyasəti çərçivəsində layihələrə ayrılıb - pullar nəqliyyat, enerji və sosial infrastrukturun yaxşılaşdırılmasına xərclənib.

 

Gözəl Həşimova