Köhnə Xanqızı kanalı yenidən qurulacaq.

Bu barədə İqtisadiyyat.az xəbər verir.

Qeyd edilir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti artıq bununla bağlı hazırlıq işlərinə başlayıb.

Xatırladaq ki, Köhnə Xanqızı kanalı (Orconokidze kanalı) əkin sahələrini suvarmaq məqsədilə 1933-cü ildə istifadəyə verilib. Uzunluğu 64 km olan kanal Beyləqan və Ağcabədi rayonları ərazisindən axır.