Amerikanın "Microsoft" texnologiya korporasiyası qarşıdakı dörd il ərzində İndoneziyada süni intellektin (AI) və bulud infrastrukturunun inkişafına 1,7 milyard dollar sərmayə qoyacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu şirkətin baş direktoru Satya Nadella qeyd edib.

Məlumata görə, korporasiya 2025-ci ilə qədər Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 2,5 milyon sakini üçün süni intellekt alətləri ilə işləmək üzrə təlim imkanları təmin etmək niyyətindədir.

Açıqlamada texnologiya nəhəngi bunun "Microsoft"un ölkədəki 29 illik tarixində ən böyük investisiyası olduğunu qeyd edib. Digər tərəfdən şirkət 840 min indoneziyalıya süni intellektlə işləmək və ölkədə texnologiya tərtibatçılarına dəstək vermək niyyətindədir.

 

Gözəl Həşimova