Bu gündən etibarən Estoniyada ictimai yerlərə yalnız peyvənd olunmuş və ya koronavirus xəstəliyini keçirmiş şəxslər buraxılacaq.

Bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 25-dən etibarən Estoniyada neqativ COVID-19 testinə malik şəxslər belə bir sıra ictimai yerlərə, o cümlədən idman klublarına, ictimai qida obyektlərinə, teatrlara, kinoteatrlara, spa mərkəzlərinə və s. yerlərə buraxılmayacaq.

Bundan başqa, ticarətçilərdən və xidmət tədarükçülərindən maskasız şəxsləri ticarət mərkəzlərinə və mağazalara buraxmamaq tələb olunur.