Az – Granata Şəbəkə adminstratoru vəzifəsinə işçi axtarır.

İş barədə məlumat:

  • Şəbəkə avadanlıqlarının normal fəaliyyətini təmin etmək
  • Şəbəkə avdanlıqlarının və qoşulan avdanlıqlarının təhlükəsizliyini yəmin etmək
  • Yeni şəbəkə avadanlıqlarının istifadəyə buraxılmasını təmin etmək
  • Təhlükəsiz şəbəkə bağlantılarını təmin etmək
  • Şəbəkənin içində yaranmış fasilələrin və problemlərin aradan qaldırılmasını təmin etmək
  • Şəbəkə avadanlıqlarının konfiqurasiyasının ehtimal sürətinin çıxarılmasını və qorunmasını təmin etmək
  • İnternet və data kanalının olmasını həyata keçirtmək
  • Mərkəz ilə digər şirkətlər arasında təhlükəsiz bağlantının qurulmasını təmin etmək
  • Şəbəkə strukturunun monitorinqini həyata keçirtmək
  • Rezer kanalları qurmaq və sazlığını təmin etmək
  • İstifadəçilərə və serverlərə şəbəkə üzərindən qiriş və çıxış verilməsini təmin etmək
  • Sərhəd şəbəkə avadanlıqlarının aktuallığını, təhlükəsizliyini təmin etmək
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsində çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, daxili prosedur və qaydalara uyğun həyata keçirtmək

Tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il iş təcrübəsinin olması.
  • Dillər: Azərbaycan və Rus dilini bilməli (İngilis dili arzuolunandır)
  • Cisco Switch,Router və Firewall (Palo Alto,Fortinet) avadanlıqlarının konfiqurasiyası, idarə edilməsi və Backupların alınması.
  • DMVPN,GRE,İP sec VPN həllər və tətbiqi.
  • SİP İP Telefonoya konfiqurasiya və idarə edilməsi.
  • CİSCO WIFI sisteminin konfiqurasiyası və idarə edilməsi.
  • Kənar VPN və digər servislərə  nəzarət və təhlükəsizliyinin təmin edilməsi.
  • CCNA, CCNP və s. kimi sertifikatlara sahib olması arzu olunandır.
  • Fikrini izah etmək qabliyyəti;

Digər məlumatlar:

  • 5 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq.
  • Rabitə, nahar və yanacaq xərci şirkət tərəfindən qarşılanır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Şəbəkə adminstratoru” yazmaqla cv@azgranata.az mail adresinə göndərə bilərlər.