Avropa İttifaqı qarşıdan gələn yay mövsümünə qədər meşə yanğınları ilə mübarizə üçün yanğınsöndürən təyyarə və helikopterlərin sayını iki dəfə artıraraq 28-ə çatdırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Aİ Komissiyanın böhranların idarə edilməsi üzrə məsul üzvü Janez Lenarçiç AB ölkələrinin bir qrup xəbər agentliyinə müsahibəsində təyyarələrin üzv ölkələrdə və qonşu ölkələrdə yanğınlar üçün istifadə ediləcəyini bildirib.

Bu ilin əvvəlki illərə nisbətən daha quraq keçdiyini bildirən Lenarçiç, qeyri-adi quru hava ilə artan temperaturun birləşməsi olduğunu və bunun da yanğınlar üçün əlverişli şərait yaratdığını xatırladıb. Əlavə edib ki, təyyarələrdən başqa, Yunanıstanda 400-dən də çox yanğınsöndürən briqadası var. Briqadaların Fransa və Portuqaliyada da yerləşdirilməsi gözlənilir