"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) nizamnamə kapitalını 15 639 428,97 manat və yaxud 1,26% azaldaraq 1 241 287 248,06 manatdan 1 225 647 819,09 manata endirib.

Məlumata görə, bununla bağlı qərar ABB-nin səhmdarlarının iyunun 30-da keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.

Qərara əsasən, Bankın AZ1004004581 ISIN kodlu, hər birinin nominal dəyəri 27 qəpik olan 57 923 811 ədəd adi, adlı, sənədsiz geri alın­mış səhmi dövriyyədən çıxarılıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın səhmdarları Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT), digər hüquqi və fiziki şəxslərdir.