Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə Qərb ölkələrini Ukraynanı NATO və Avropa İttifaqına qəbul etməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı NATO Parlament Assambleyasının Madriddə keçirilən iclasında videoformatda çıxışı zamanı deyib.

“Ukraynanın birgə cəmiyyətimizin müdafiəsinə nə qədər əhəmiyyətli töhfə verdiyini, fevralın 24-dən sonra həqiqətən birləşməyimizin nə qədər vacib olduğunu hamınız görürsünüz. Uyğun olaraq, bunun sayəsində hamınız Ukraynanın Avropa İttifaqı və NATO-nun tamhüquqlu üzvü olmalı olduğunu görürsünüz. Sizi Avropa İttifaqı və alyansa üzvlüklə bağlı müraciətlərimizi dəstəkləməyə çağırıram”, - Zelenski bildirib.
 

Prezident, həmçinin Qərb ölkələrini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Bundan əlavə, Zelenski Kiyevə hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi verilməsini istəyib.