Vladimir Zelenski Krımın qeyri-hərbi yolla Ukraynaya qaytarılması ilə bağlı təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirib.
 İqtisadiyyat.az bu barədə Financial Times-a istinadən xəbər verir.

"Mən başa düşürəm ki, hamı vəziyyətdən və Krımın başına nə gələcəyindən çaşqındır" deyib və yarımadanın Rusiya Federasiyasının tərkibində qalacağını güman edənlər istisna olmaqla, istənilən ssenarini nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna bütün itirilmiş ərazilərə nəzarəti bərpa edənə qədər Rusiya ilə silahlı qarşıdurmanı davam etdirəcək. Əks halda münaqişənin bərpası an məsələsi olacaq.

Məhəbbət Məmmədov