Bu gündən Milli Məclisə seçkilərlə bağlı namizədlərin təşviqatı başlayır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, bunun üçün MSK tərəfindən hər bir şərait yaradılıb: “Ölkə üzrə 5509 belə ünvan müəyyənləşib. Bura Naxçıvanda olan qapalı və açıq məkanlar da daxildir".