Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Liviyaya rəsmi səfəri diplomatik böhrana səbəb olub.

Dendias Tripoli hava limanına yenicə enən təyyarəsindən düşməkdən imtina edərək, Liviyanın xarici işlər naziri Necla Menquşla görüşməyib.

Bildirilir ki, Dendiasın təyyarəsi daha sonra Benqaziyə yola düşüb və orada Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ilə görüşüb.

Liviya Xarici İşlər Nazirliyi Yunanıstan nazirinin bu davranışından təəssüfləndiklərini və lazımi diplomatik tədbirləri görəcəklərini vurğulayıb.