Yunanıstanda Polkovniklər Xuntasına qarşı 17 noyabr qiyamının 49-cu ildönümü ilə əlaqədar bütün ölkə boyu kütləvi etiraz aksiyaları keçirilib.


İqtisadiyyat.az xəbər verir ki, ölkə daxilində keçirilən etirazlar zamanı “Pulu NATO-ya deyil, gənclərə verin” şüarları səsləndirilib.


Qeyd edək ki, 1967-ci ildə Polkovniklər Xuntası Yunanıstanda demokratik hüquqları məhdudlaşdıraraq hakimiyyəti ələ keçirdi və bir çox siyasətçiləri həbsxanaya və sürgünə göndərdi.


Xunta rəhbərliyi Afina Texniki Universitetində (Politehnio) bu təzyiqlərə qarşı 17 noyabr 1973-cü ildə müdaxilə etdi.
Üsyan yatırılsa da, ölkədə başlayan kütləvi etirazlar son nəticədə xuntanın sonunu gətirdi.


Hər il noyabrın 17-də bu mübarizəni və mübarizədə həyatını itirənləri anmaq üçün Texniki Universitetdən başlayaraq ABŞ səfirliyinə doğru yürüş təşkil edilir. Yunanlar ABŞ-ı 1967-1974-cü illərdə xuntaya dəstək verməkdə ittiham edirlər.