Keçmişdə bu cür alətlər ümumiyyətlə geyim və elektron məhsullarda istifadə olunurdu. İndi maqnit hazır qəhvə, ülgüc, uşaq qidası, spirt və hətta feta pendirinə yapışdırılır.


İqtisadiyyat.az xəbər verir ki, Oğurluğa qarşı cihaz uşaq qidasının şəkli yunan sosial media istifadəçilərininin qəzəbinə səbəb olub:
“İndi uşağa körpə qidası almaq mümkün deyil, bu terrordur”.


“Yaxşı olmazdımı ki, oğurluğa qarşı cihazlar uşaq südü əvəzinə maliyyə fırıldaqlarının edildiyi dövlət qurumlarına yerləşdirilsə də, ölkə bir daha müflis olmasın?”,-deyə sosial şəbəkə istifadəçiləri bildiriblər.