"Yaxın günlərdə yeni nümunəli sürücülük vəsiqəsi əldə etmək mümükn olacaq". İqtisadiyyat.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunda bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə uyğun olaraq, sürücülük vəsiqəsinin yeni nümunəsi artıq təsdiq olundu: "Yəqin, yaxın günlərdə DYP bu vəsiqələri verməyə başlayacaq. Hazırda istifadə etdiyimiz vəsiqələrdəki 2 qüsur yeni nümunədə aradan qaldırılır. Qüsurlardan biri vəsiqələrimizdə latın əlifbasında olmayan hərflərlə (ə, ö, ü, ş, ç, ğ, ı) bağlı idi. İkincisi isə məlumatların qeyd olunma ardıcıllığı ilə bağlıydı. Hər ikisi həll olundu. Yeni vəsiqələrin qüvvəyə minməsi mövcud vəsiqələrin hamısının dəyişdirilməsini məcbur etmir. Qanuna əsasən, yeni nümunə qüvvəyə mindikdən sonra verilən və dəyişdirilən bütün vəsiqələr yeni olacaq. İstifadə müddəti bitməyən indiki vəsiqələr isə son tarixinədək etibarlıdır və onları dəyişmək məcburi deyil. Amma kimsə istəsə, etibarlılıq müddəti bitməyən vəsiqələri də yenisinə dəyişə bilər".