Türkiyə, Rusiya, Suriya, İran dövlətlərinin xarici işlər nazirləri, müdafiə nazirləri, həmçinin Kəşfiyyat idarəsi rəhbərləri səviyyəsində görüş baş tutacaq.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Anadolu” agentliyinə müsahibəsində məlumat verib. Kalın Moskvada baş tutacaq görüşün yaxın günlərdə keçiriləcəyini qeyd edib.

O deyib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyi, terrorla mübarizə və suriyalı miqrantların ölkələrinə qayıtması mövzusunda mövqeyini açıq şəkildə bildirib.