Yaponiyada güclü "Şanşan" qasırğasından zərər çəkən Yaponiya sakinlərinin sayı 74 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, güclü qasırğa səbəbindən Cənub-qərbdəki Kyuşu adasında 200 minə yaxın ev işıqsız qalıb. Bundan əlavə, sürətli yolların bir hissəsi bağlanıb. Son iki gündə Yaponiyada 700-dən çox aviareys ləğv edilib. Ərazidə küləyin sürəti 35-40 m/s-ə çatır.

Sinoptiklərin məlumatına görə, Kyuşu adasının bir sıra ərazilərində yağıntının intensivliyi sutkada 400-600 mm-dir. 

 

Sadiq Cavadov