Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova İqtisadiyyat.az-a bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır. 

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq  transsərhəd xarakter daşıyır və  gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.