Daşqınlar hər il dünyanın bir çox bölgəsini vuran ən ölümcül təbii fəlakət hesab olunur.  Artan əhali təzyiqi, ekosistemin deqradasiyası və iqlim dəyişikliyi daşqın risklərinin daha da artmasına səbəb olur.

İqtisadiyyat.az-ın araşdırmasına görə, 1994-2013-cü illər arasında daşqınlar dünya üzrə təxminən 2,5 milyard insana təsir göstərib. Bu fəlakət hər il dünya iqtisadiyyatına 40 milyard dollardan çox ziyan vurur.

Ötən il dünya üzrə təxminən 32 milyon insan daşqınlardan əziyyət çəkib. Bu rəqəm son illərdə nisbətən sabit qalıb və 1998-ci ildən bəri 89% azalıb.

Məlumata görə, daşqınlardan zərər çəkən insanların sayı 1998-ci ildə rekord səviyyəyə - 293,5 milyon nəfərə çatıb. Daha sonra bu tendensiya zəifləməyə başlayıb.

Ümumillikdə 1997-ci ildən 2023-cü ilədək bu qədər insan daşqınlardan zərər çəkib:

İllər

Zərər çəkənlərin sayı

1997

44,6 milyon nəfər

1998

293,5 milyon nəfər

1999

149,3 milyon nəfər

2000

73,9 milyon nəfər

2001

34,5 milyon nəfər

2002

167,8 milyon nəfər

2003

169,2 milyon nəfər

2004

117,2 milyon nəfər

2005

74,8 milyon nəfər

2006

30,4 milyon nəfər

2007

178,5 milyon nəfər

2008

45,2 milyon nəfər

2009

59,7 milyon nəfər

2010

186,9 milyon nəfər

2011

137,7 milyon nəfər

2012

64,9 milyon nəfər

2013

31,9 milyon nəfər

2014

41,5 milyon nəfər

2015

27,6 milyon nəfər

2016

79,3 milyon nəfər

2017

55,7 milyon nəfər

2018

34,3 milyon nəfər

2019

34,2 milyon nəfər

2020

34,9 milyon nəfər

2021

29,6 milyon nəfər

2022

57,8 milyon nəfər

2023

32,4 milyon nəfər

 

Araşdırmalara görə, dünya üzrə baş verən daşqınlar zamanı ölüm hallarının ən yüksək olduğu il 1999-cu il olub. Belə ki, həmin il daşqınlar nəticəsində 35 minə yaxın insan həlak olub.

Bu da əsasən ötən əsrin ən ölümcül daşqın hadisələrindən biri olan Venesuelada baş vermiş fəlakətdir.

Təkcə 2010-cu ildə, demək olar ki, 200 milyon insan daşqınlardan təsirlənib. Bu fəlakət binaları və infrastrukturu dağıdaraq böyük iqtisadi ziyana səbəb olur. Banqladeş, Vyetnam və Myanma kimi Asiya ölkələri 2023-cü ildə daşqınlara ən çox məruz qalan ölkələr olub.

İqlim dəyişikliyi qlobal temperaturun artmasına səbəb olduğundan, daşqınların tezliyi və şiddətinin artması gözlənilir. Daha isti bir atmosfer daha çox nəm saxlaya bilir, bu da intensiv leysanların artmasına səbəb olur. 2022-ci il hesabatına görə, qlobal temperaturun 1,5 dərəcə Selsi artması halında daşqınlara məruz qalan dünya əhalisinin sayının 24 faiz artacağı gözlənilir.

Tədqiqatlar göstərir ki, 2000-ci ildən 2015-ci ilə qədər daşqın təhlükəsi olan ərazilərdə yaşayan insanların sayı təxminən 58 milyon artaraq 86 milyon nəfərə çatıb ki, bu da 24% artım deməkdir.

 

Gözəl Həşimova