Yaponiyanın baş naziri Fumio Kişida və Çinin sədri Si Cinpin Taylandda keçirilən APEC sammitində bir araya gəliblər.

Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti üçün olduqları Taylandda Yaponiyanın baş naziri Fumio Kişida və Çinin sədri Si Cinpin arasında görüş keçirilib. Görüş zamanı Kişida və Xinin regional və qlobal məsələləri, o cümlədən Tayvan boğazındakı vəziyyət və iki ölkə arasında əsas diplomatik məsələlərdən biri olan Senkaku adaları məsələsini müzakirə etdiyi açıqlanıb.

 Qeyd edək ki, Çin liderləri təxminən 3 ildən sonra ilk dəfə görüşüblər. Son seçki çıxışı zamanı güllələnən Yaponiyanın keçmiş baş naziri Şinzo Abe 2019-cu ilin dekabrında Çinə səfəri zamanı prezident Xi ilə bir araya gəlmişdi.

Məhəbbət Məmmədov