Yaponiya və Cənubi Koreya Şimali Koreyanın cümə günü qitələrarası olduğu düşünülən ballistik raket atdığını açıqlayıb. Yaponiya rəsmiləri raketin ABŞ-a çatmaq üçün kifayət qədər məsafədə olduğunu bildiriblər.

Raket Yaponiyadan 200 kilometr uzaqlığa düşüb.

Xatırladaq ki, bu sınaq Şimali Koreyanın ABŞ-ın bölgədəki hərbi sayını artırmağa davam etməsinə qarşı xəbərdarlıq olaraq daha kiçik bir raket buraxmasından bir gün sonraya təsadüf edir.

Həmçinin, bölgədə gərginliyin artdığı bir vaxtda nüvə silahı potensialını inkişaf etdirməyə çalışan Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib.

Məhəbbət Məmmədov