Xocavənd rayonunun Zoğalbulaq yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Zoğalbulaq" yarımstansiyasının inşasına başlanılır.

Bu barədə İqtisadiyyat.az "Azərişıq"dan məlumat əldə edib.

Qeyd edilib ki, dairəvi sxemin bir hissəsini təşkil edəcək Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) xətti də çəkiləcək.

"Azərişıq" sözügedən işləri "Harmony İndustrial Construction and Engineering Group" MMC-yə həvalə edib.

Qeyd olunan işlərin həyata keçirilməsinə 7,6 milyon manat vəsait sərf olunacaq.

Qeyd edək ki, "Harmony İndustrial Construction and Engineering Group" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. 165010 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.