Kürdəmir rayonunda yeni elektik şəbəkəsinin inzibati binası və yeni yarımstansiya inşa olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, inzibati binanın və 110/35/10 kV-luq 2x25 MVA gücündə "Kürdəmir" yarımstansiyasının tikintisi işləri aparılacaq.
Eləcə də, yarımstansiyanın mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri həyata keçiriləcək.
"Azərişıq" sözügedən işləri "Şans Construction" şirkətinə həvalə edib və dəyəri 11,6 milyon manat dəyərində müqavilə bağlanılacaq.