Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı gününü təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında paylaşım olunub.

“9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür.

Xarici İşlər Nazirliyində və Azərbaycanın xaricdəki 89 diplomatik nümayəndəliyində çalışan həmkarlarımızı ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işlərində daim müvəffəqiyyətlər arzulayırıq!”, - XİN-in paylaşımında qeyd olunub.