Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb. 

Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev əfv edilib.

İqtisadiyyat.az xəbər verir ki, siyasətçinin adı əfv edilənlərin siyahısında yer alıb.