İqtisadiyyat.az-ın məlumatına görə Vergi Məcəlləsində dəyişiklikərdən sonra maliyyə sektorunda vergi qanunvericiliyinə əməl etmə səviyyəsinin gücləndirilməsi məqsədilə maliyyə institutlarına tətbiq edilən cərimələrin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır.

Əvvəl:

Hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, normativ hüquqi aktların, habelə Azərbaycan

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə institutlarına – hər belə hesab və ya əməliyyat üçün 100 manat maliyyə sanksiyası tətbiq edilir.

Dəyişikliklərdən sonra:

Eyni tələblərin pozulmasına görə sanksiya məbləği 500 manat təşkil edəcək. fins.az