Rusiyanın ən varlı adamlarının sərvəti bu ilin əvvəlindən bəri 24 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat yayıb.

Məlumata görə, onların ümumi sərvəti noyabrın 1-nə 302,5 milyard dollar təşkil edib.

Hesabat dövründə Rusiyada ən çox sərvətini artıran Azərbaycan əsilli milyader Vahid Ələkbərovdur. Belə ki, Rusiyanın enerji şirkəti “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun sərvəti 7,83 milyard dollar artaraq 23,2 milyard dollara çatıb. Beləliklə, o, ölkənin ən varlı milyarderləri siyahısında üçüncü yerdə qərarlaşıb.

"Interros" idarəetmə şirkətinin sahibi və prezidenti Vladimir Potanin hələ də 29,4 milyard dollarla reytinqdə birinci yerdədir. Onu “Novatek” və “Sibur” şirkətlərinin sahibi Leonid Mixelson (27,7 milyard) izləyir.

 

Gözəl Həşimova