Vahid Ələkbərov Rusiyanın ən zəngin insanlarından biridir. Onun sərvətinin həcmi 2017-ci ilin qiymətləndirməsinə görə, 14,5 milyard dollar olub. V. Ələkbərov maliyyə əmin-amanlığına neft sektorunun aşağı pilləsindən - adi qazmaçıdan, Rusiyada ikinci ən böyük neft şirkəti olan 'Lukoil'ə qədər yüksəlib. Neft şirkətinin rəhbəri 1950-ci ilin sentyabrın 1-də Azərbaycanın paytaxtı Bakıdan elə də çox uzaqlıqda yerləşməyən Stepan Razin qəsəbəsində, çoxuşaqlı ailədə doğulub.

O, beş uşaqlı ailənin kiçiyi olub. Atası Yusif Kərbala Ələkbərov milliyyətinə görə, əslən azərbaycanlı olub və neft mədənlərində çilingər işləyib. O, Böyük Vətən Müharibəsinin veteranı idi. Anası - Tatyana Fedorovna Boçarova evdar qadın idi və uşaqlarının tərbiyəsi ilə məşğul olurdu. Gələcək neft maqnatının 3 yaşı olan zaman ailədə bədbəxlik baş verir. 3 yaşlı Vahid atasını itirir. Yusif bəyin ölümünə isə müharibə vaxtı aldığı sağalmaz yaralar səbəb olur. Nəticədə Tatyana beş uşaqla heç bir köməyi olmadan əllərdə qalır. Qadın uşaqlarına görə mübarizə aparmaq üçün gecə-gündüz çalışmağa başlayır ki, onları yedizdirə bilsin. Tatyana Fedorovna onları uşaq evinə vermək barəsində təklifləri qəti surətdə imtina edir.

Onlar ananın əzmini yüksək qiymətləndirir və istəyirdilər ki, ona kömək olmaqla ailəni yoxsulluqdan xilas edə bilsinlər. Uşaqları saxlamaq üçün Vahid də ümumi işdən kənarda qalmadı. O, balıq sənəti ilə məşğul olurdu və Xəzər dənizindən uzaqda qarmaqlı torlar qururdu və hər axşam ova düşmüş balıqları yığırdı. Ələkbərov ailəyə faydalı olmağa çalışırdı, amma bu əsnada o heç də ali təhsili yaddan çıxartmırdı. Vahid məktəbdə yaxşı oxuyurdu və səbrli və sakit oğlan idi. Onun həyatında əsas nüfuza malik olan yeganə şəxs anası idi və heç vaxt arzulamırdı ki, onu şəxsi davranışları ilə məyus etsin. Gələcək neftçi üçün yaşıdları ilə həyət oyunları qəbuledilməz idi, o, hələ gənc yaşlarından bütün həyatını 'qara qızıl' ilə bağlamaq istəyirdi. Buna görə, gənc Vahid Azərbaycan Neft və Kimya İnstitutunu mədən mühəndisi ixtisası üzrə başa vurur. O, bu diplomla xəyalının arxasıyca uzaq yola cəsarətlə yola düşür.

Biznes

Iqtisadiyyat.Az facemark.az-a istinadən bildirir ki, uğurlu biznesmen olmamışdan öncə, Vahid Ələkbərov aşağılardan başlayaraq ağır və tikanlı yollardan keçməli olub. Hələ tələbə illərində Vahid neft kompaniyası - 'Kaspmorneft'də qazmaçı işləməyə başlayır. Bu gələcək oliqarxın tərcüməyi-halında açar nöqtəsi olur. Birinci il o ekstremal şəraitdə işləməyə başlayır. Vahid dənizə, hər an partlayış, alışlara məruz qalan neft platformalarına gedirdi. Hətta bir dəfə partlayış dalğası onu açıq dənizə belə atmışdı. Vahidi yalnız yaxşı üzə bilməyi xilas etmişdi. O, beş il içində universiteti başa vurur, daha sonra neft və qazın çıxarılması üzrə sadə operatordan rəis müavininə qədər yüksəlir.

Bu, gələcək neft maqnatının karyerası ərzində əldə etdiyi ən böyük nailiyyət olur. 80-ci illərin əvvəlində Vahid Yusif oğlunu partiya bölməsi üzrə Qərbi Sibirə göndərirlər. O, burada 'Surqutneft', 'Fedorovskneft' kimi iri neft şirkətlərində rəhbər vəzifəsində çalışır. 80-ci illərin ortalarında isə artıq Vahid 'Koqalımneftqaz' şirkətinin baş direktorluğuna gətirilir. O, bu vəzifədə işləyən zaman Sibirin neft işçiləri ilə tanış olur.

Xüsusən Yuri Şafranik bütün həyatı boyu onunla iş görür. Neft kompleksinin işgüzar rəhbəri qısa zamanda partiya rəhbərləri və işçilər arasında nüfuz əldə etmişdi. Məlumdur ki, qəza vəziyyətləri neft borusunda partlayışlara səbəb ola bilərdi. Buna görə də, Ələkbərov şəxsən belə obyektlərdə olur, nasazlıqların aradan qaldırılmasına kömək olurdu. 1990-ci ildə gənc işgüzar rəhbəri Moskvaya dəvət edirlər və ona neft sənayesi üzrə nazir müavini vəzifəsini təklif edirlər.

Onun vəzifəsinə isə xarici həmkarlarla əlaqələri qaydaya salmaq tapşırılmışdı. O fəaliyyətinin elə birinci ilində 'British Petroleum' Sovet neftçilərinin nümayəndə heyətinin başçısı kimi, İngiltərəyə gedir. İki ildən sonra isə bazarda artıq 'Lukoil' neft şirkətinin əsası qoyuldu və o çox sürətlə inkişaf etməyə başlamışdı. Neft maqnatı 1995-ci ildə Rusiyanın ən böyük bankı 'İmperial'ın aktiv səhmlərini doldurur və 1998-ci ilin maliyyə böhranı zamanı səhmlərdə 'partlayış' baş verir. Həmçinin onun xüsusi Yanacaq Doldurma Şəbəkələri (YDM) və şəxsi neft treyderi və mühərrik qatqıları istehsal edən müəssisəsi mövcuddur.

'Lukoil' şirkətinin rəhbəri dünyanın bir çox ölkəsində neft biznesini genişləndirir. Kompaniyanın Rusiya bazarından başqa, Belarus, Azərbaycan, Ukrayna, ABŞ, Bolqarıstan kimi ölkələrdə nümayəndəlikləri mövcuddur. Milyarder, faydalı qazıntıların hasilatı sahəsində uğurlu işinə görə, hökumət tərəfindən dəfələrlə mükafatlandırılmışdı. Onun karyerası haqqında daha geniş məlumat isə şirkətin rəsmi saytında yerləşdirilib. 2007-ci ildə neftçi Rusiyada sosial sahibkarlığın inkişafı ilə məşğul olan 'Bizim gələcəyimiz' adlı xeyriyyəçilik fondunu yaradıb. Neft kralı 'Lukoil'in səhmlərini bu fond üçün miras qoyub, nəticədə onun vəfatı şəraitində belə fond yenə də fəaliyyətinə davam edəcək. 2010-cu ildən Ələkbərov 'Skolkovo' Fondunun Məsləhət Şurasına da daxil edilib.

Şəxsi həyatı

Vahid Ələkbərovun biznes karyerası kimi şəxsi həyatı da uğurlu olub. Neftçi peşəkar karyerasının başlanğıcında olan zaman Larisa Viktorovne ilə tanış olub, artıq 40 ildir ki, onlar bir yerdədir və Larisa xanım onun həyatının dəyişməz və sadiq həyat yoldaşıdır. 1990-cı ildə cütlüyün yeganə oğlu dünyaya gəlir və Vahid onun adını atasının şərəfinə Yusif qoyur.

Yusif də atasının yolu ilə gedib və özünü neft sektorunda təsdiq etməyə çalışır. O, Rusiya Dövlət Universitetinin neft-qaz sahəsi üzrə ali təhsil alıb. İkinci ali təhsili kimi isə Yusif iqtisadiyyat və menecment oxuyub. Yusif bahalı avtomobillərin kolleksiyası ilə maraqlanır. Neft biznesindən əlavə, asudə vaxtını neft maqnatı ailəsinə həsr edir. Oğlu ilə həyat yoldaşı dünyanı səyahət etməyi sevirlər, amma sevimli yer kimi Krımı hesab edirlər. Həmçinin oliqarxın həvəsləri arasında prioritet kimi böyük və kiçik tennis də var.

Sərvətinin dəyəri

'Forbes Rusiya' nəşrinin qiymətləndirməsinə görə, 2016-cı ildə onun sərvətinin dəyəri 8,9 milyard dollar olub. Bu isə 'Lukoil' başçısını Rusiyanın ən zəngin biznesmenləri reytinqində 9-cu edib. Bir il içində onun sərvəti 14,5 milyard dollara qədər yüksəlib və o Rusiyanın ən zəngin insanları arasında 6-cı yerdə qərarlaşıb, dünya reytinqində isə o, 74-cü yerdədir.