Ukraynanın əks-hücumu yaxın həftələrdə başlayacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

Blinken əlavə edib ki, Rusiyanın Ukraynaya təcavüzü davam etdiyi müddətcə Qərb ölkələri misli görünməmiş sanksiyaları ilə Moskvaya təzyiq göstərməyə və onun ixracını nəzarətdə saxlamağa davam edəcək.