Ukraynanın bu ilin yanvar-oktyabr ayları ərzində xarici ticarət kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 22,4 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Məlumata görə, bu dövrdə Ukraynaya 52,2 milyard dollar dəyərində mal idxal edilib, ölkənin ixracı isə 29,8 milyard dollar olub. Beləliklə, Ukraynanın xarici ticarət kəsiri 22,4 milyard dollar təşkil edib. Ukrayna ən çox Çin, Polşa və Almaniyadan mal idxal edib.

 

Gözəl Həşimova