"Ukrayna öz əraziləri ilə ticarət etmir. Braziliya prezidentinin Ukraynadakı müharibəyə həll yolları tapmaq cəhdlərini yüksək qiymətləndiririk. Lakin açıq şəkildə qeyd etməliyik ki, biz öz ərazilərimizlə alqı-satqı etmirik".

İqtisadiyyat.az Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna XİN sözcüsü Oleq Nikolenko deyib. O vurğulayıb ki, Ukraynanın mövqeyi dəyişməz olaraq qalır: sülhü bərpa etmək üçün istənilən vasitəçilik səyləri BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Ukraynanın suverenliyinə hörmət və ərazi bütövlüyünün tam bərpasına əsaslanmalıdır.

Qeyd edək ki, aprelin 6-da Braziliya prezidenti İnasio Lula da Silva müharibəni dayandırmaq üçün Ukraynaya Krımın Rusiyaya verilməsini təklif etmişdi.