Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində fevralın 24-dən bu günə qədər həlak olan uşaqların sayı açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğu "Telegram" hesabında məlumat verib.
Bildirilib ki, indiyə qədər müharibə nəticəsində 437 uşaq ölüb, 837 uşaq yaralanıb.
Prokurorluq bildirib ki, döyüşlərin aktiv getdiyi və müvəqqəti işğal olunmuş ərazilərdə olan itkilərlə bağlı məlumat olmadığı üçün bu yekun rəqəm deyil.