Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Yeni Zelandiyalı həmkarı Peeni Henare ilə Ukraynanın müdafiə qabiliyyətinin inkişafını müzakirə edib.
İqtisadiyyat.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə Henarini qonaq edən Reznikov Twitter hesabında bildirib ki, birgə layihələr, Ukraynanın müdafiəsini gücləndirmək yolları və müharibədən sonrakı Ukraynanın bərpası ilə bağlı müzakirələr aparıblar.
Qeyd edək ki, Yeni Zelandiya noyabrın 8-də Ukraynaya hərbi və humanitar yardım göstərib.
 

Məhəbbət Məmmədov