Ukrayna əsirliyində ölüm təhlükəsi ilə üzləşən 9 rus əsgəri noyabrın 26-da ölkəsinə təhvil verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, azad edilən hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya çatdırılacaqlar.

Əvəzində Rusiya tərəfi də Ukraynadan olan 12 əsiri geri qaytarıb.

"Son bir həftə ərzində biz 98 ukraynalını geri qaytara bilmişik", - Prezident Aparatının rəhbəri Andrey Yermak mətbuata deyib.