Sərnişin təyyaralərinə Ukrayna üzərində uçuşlar üçün qoyulan məhdudiyyət uzadılır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Hava Nəqliyyatında Təhlükəsizlik üzrə Təşkilatın proqnozunda bildirilib. Məlumata görə, qadağa 2029-cu ilə qədər uzadılacaq.

Təşkilatın yaydığı sənəddə qeyd edilib ki, Ukrayna, Rusiya, Belarus və Moldova hava məkanında məhdudiyyətlər 2029-cu ilə qədər qüvvədə qalacaq.