Ukraynaya məxsus yüngül mühərrikli təyyarə Rusiyanın Klintsovski rayonunda qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, təyyarənin naməlum səbəbdən Butovsk kəndi yaxınlığında qəzaya uğradığı deyilir 

Pilot Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Butovsk kəndi Bryansk vilayətinin qərbində, Ukraynanın Çerniqov vilayəti ilə sərhədindən təxminən 30 km aralıda yerləşir.