Dünya Bankı dövlət işçilərinə maaş vermək üçün Ukraynaya 1,5 milyard dollar ayıracaq.

Bu barədə ölkənin Maliyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, Kiyev "Davamlı dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinə dəstək" layihəsi çərçivəsində vəsait alacaq.

Bu vəsait dövlət orqanlarında və təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının ödənilməsi üçün büdcə xərclərinin ödənilməsinə yönəldiləcək.