Ukrayna Dəmiryolları Kiyevdən Xersona qatarla nəqliyyat əlaqəsini işə salıb

İqtisadiyyat.az xəbər verir ki, ilk qatar bu gün saat 22:14-də Kiyevdən yola düşür və səhər səhər saat 09:00-da Xersona çatacaq.

Qatara "qələbə qatarı" adı verilib. Vaqonları ukraynalı rəssamlar bəzəyib.

Rusiya ordusu keçən həftə Xerson şəhərindən və Dneprin qərb sahilindən çəkilib. Bundan sonra Ukrayna xalqı Xersonda qazanılan qələbəni qeyd etməyə başlayıb.