Ukrayna Avropadan respublikaya elektrik enerjisi idxalı sistemini inkişaf etdirir. 
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Ukrenerqo” milli enerji şirkətinin (NEC) rəhbəri Vladimir Kudritski məlumat yayıb.
“Avropa İttifaqının enerji sistemi çətin anda bizə kömək etmək iqtidarındadır və bunu edir. Kommersiya idxalı üçün bu, texniki cəhətdən mümkündür. “Ukrenerqo” 500 MVt, hətta 600 MVt həcmində belə idxal imkanlarını təmin edir”, - deyə o bildirib.
Kudritski qeyd edib ki, bu cür idxalı təmin etmək üçün xüsusi mexanizmlərə ehtiyac var, çünki Avropada elektrik enerjisinin qiyməti Ukraynadan yüksəkdir. Onun sözlərinə görə, bu sistem artıq inkişaf etməyə başlayıb.

Məhəbbət Məmmədov